Xəbərlər

20 sentyabr 2014

APFM tədris mərkəzi İBS Group və Etika Akademiyası arasında əməkdaşlıq memarandumu imzalanıb.

Bu Memarandum əsasında Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun (İnstitute of Commercial Management ICM ) Azərbaycanda nümayəndəsi olan İBS Groupun eksklüziv partnyoru kimi Etika Akademiyasında yeni təlim proqramları təqdim olunacaq.

Etika Akademiyasında ICM proqramları üzrə təlimlər ( İnsan Resurslarının idarə olunması , Marketing və satışın idarə olunması , Biznes Menecmenti , Müştəri xidmətləri , PR Menecment , İT və elektronika, Effektiv Danışıqlar , Jurnalistika və Media , Turizmdə marketinq, Turizm üzrə Menecment, Turizmdə yüksək xidmət və s) keçiriləcək.

Bununla da gənc mütəxəssislərə ölkəni tərk etmədən , beynəlxalq təlimçilərdən 3-12 ay müddətində təhsil alaraq və 3 saat davam edən yazılı imtahandan keçid balı toplamaqla Böyük Britaniyanın aparıcı İnstitutunun ixtisas sənədlərinə (Single Subject Diploma ) yiyələnmək imkanı yaradıldı. Təhsil Etika Akademiyasında azərbaycan ingilis, və rus dillərində apaılır.

Hazırda Etika Akacemiyası biznes prinsiplərinin , əmək etikasının geniş təbliği ilə məşğul olur və xidmət sektoru üçün yüksək standartlara uyğun kadr yetişdirir.

Qeyd edək ki, Böyük Britaniyanın Kommersiya Meneсmenti Institutu (ICM) 1979-cu ildə yaradılmışdır – 130 ölkənin tələbə və dinləyicilərini cəmləşdirən beynəlxalq sertifikasiya mərkəzidir. ICM-in kvalifikasiyaları bir çox ölkələrin təhsil nazirlikləri və dövlət qurumları tərəfindən tanınır, Sertifikat və Diplomlar beynəlxalq statusa malikdir. Kommersiya və biznesin inkişafı menecerlərinin hazırlanması istiqamətində ixtisaslaşan, tanınmış və nüfuzlu qurum olan Kommersiya Menecmenti İnstitutu (Institute of Commercial Management, ICM) həmçinin biznes və idarəetmə sahələrində fəaliyyət göstərənlər üçün dünyamiqyaslı tədqiqat və mükafatlandırma komitəsidir. Birləşmiş Krallığın Mükafatlandırma Komitəsinin tam akkreditə olunmuş üzvü olan İnstitut peşə proqramlarının geniş çeşidini təklif edir. Belə ki, bu peşə proqramları ticarət sektoruna daxil olmaq istəyənlərin fərdi inkişaf və təlim ehtiyaclarının qarşılanması və iş dünyasında fəaliyyət göstərənlərin davamlı imkişafına dəstək və iş yeri rahatlığının təmininə yönəlmişdir.

Tədbirdə həmçinin APFM Prezidenti Nuriyyə Novruzova və AGAT-ın fərdi inkişaf mərkəzi olan Etika Akademiyasının direktoru Gunel İbrahimli memorandumdan irəli gələn birgə fəaliyyət planını müzakirə etdi.

20 sentyabr 2014
20 sentyabr 2014