22 noyabr 2013-ci ildə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova Infosystem-LINK tədris mərkəzində IAB Level 3, Beynəlxalq mühasibat uçotu, ICFM - IFRS və Daxili audit proqramlarının məzunlarına diplomlar təqdim edib.
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Böyük Britaniya İnstitutlarının uğurlu əməkdaşlığı sayəsində yüzlərlə mütəxəssis yüksək keyfiyyətli təhsil alaraq öz peşəkar yollarını tapıblar. Infosystem-LINK-də təlimin (təhsilin) əsas xüsusiyyəti odur ki, burada tələbələrə biznesi qarşılıqlı əlaqəli sistem kimi görməyi, təhlil etməyi və qeyri-standart qərarlar qəbul etməyi öyrədirlər.
Bundan başqa, Infosystem-LINK işgüzar insanların əldə edilən biliklərin praktiki tətbiq etməsi üçün xüsusi texnologiyaları müvəffəqiyyətlə tətbiq edir və onların iş prosesinə inteqrasiya olunmasına kömək edir. Distant praktik yönümlü təliminin (təhsilinin) unikal texnologiyası sayəsində Infosystem-LINK Azərbaycanda nömrə bir oldu.
Infosystem-LINK proqramının müəllimləri öz çıxışlarına məzunları təbrik etməklə başladılar. Onlar məzunları bu çətin təhsili başa vurmaları münasibəti ilə təbrik etdilər. Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Infosystem-LINK Tədris mərkəzində təlim zamanı əldə edilən bacarıqlar, praktiki biliklər məzunlar üçün çox gözəl imkanlar və perspektivlər yaradır. Bu həqiqətəndə həm peşəkarlıq baxımından, həm də karyera baxımından güclü bir təkandır. Mərasim bitdikdən sonra məzunlar, müəllimlərin, həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının nümayəndələrinin qeyri-formal şəkildə ünsiyyətdə ola bilməsi üçün fürşet oldu.