Xəbərlər

19 iyun 2012

19 iyun 2012
Azərsu ASC-nin əməkdaşları üçün təşkil olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə tədris kursu 2012-ci il mart ayında başa çatmış və imtahanın nəticələti artıq məlumdur, iştirakçılardan 3-ü – İdarə aparatın Mühasibat uçotu və hesabatı şöbəsinin mühasibi Sevinc Hüseynova, Oğuz Qəbələ Bakı Su Kəmərləri idarəsinin baş mühasibi Fazil Bayramov və Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunun baş mühasibi Bəhram Abdullayev bu proqramı müvəffəqiyyətlə başa vurmuş və diploma layiq görülmüşlər. Kursları müvəffəqiyyətlə başa vurmuş əməkdaşlara diplomları “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov təqdim etmişdir.

Kursları müvəffəqiyyətlə bitirmiş və müvafiq diploma yiyələnmiş mütəxəssislərin gələcəkdə peşəkar biliklərə yiyələnməsi üçün maliyyə və mühasibat sahəsində beynəlxalq aləmdə tanınmış ACCA DIP IFR (Sertifikatlaşdırılmış və vəkil edilmiş Mühasiblər Assosiasiyasının) proqramları üzrə tədrisi nəzərdə tutulur.

Tədris mərkəzi də öz adından Azərsu ASC-nin rəhbərliyini və iştirakçıları təbrik edir və gələcəkdə belə sertifikatlaşmış mütəxəssislərinin daima artmasını diləyir.