Xəbərlər
1 yanvar 2022
Hörmətli oxucularımız!

Qışın ilk ayında yenidən Sizləri salamlayaraq, “Finansist” komandası olaraq artıq 9-cu yeni ili Sizinlə birgə qeyd etməkdən məmnunluq duyuruq.

Həm Azərbaycan, həm də dünya üçün bir çox yeniliklər, geyri-adı və maraqlı hadisələr, cətinliklərlə bol olan 2021-ci il hər birimizin həyatında özünəməxsus izlər qoydu.

Qeyd etmək istəyirəm ki, yanvar ayı adını Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Yanus-un adından götürüb. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi təqdim olunur. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.

Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Yanvar ayı ərzində maliyyəçilər üzlərini arxaya çevirərək ötən ilin yekunlarını bağlayaraq və eyni zamanda gələcəyə baxaraq yeni ilin strategiyasını qururlar.

Unutmaq olmaz ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Yeni il buraxılışımızda Siz maraqlı məqalələr, iqtisadi yekunlar, yeni fikirlər, biznes aləmində baş verənlər və aktual xəbərlər tapa bilərsiniz. Həmçinin 2022-ci ilin ilk nömrəsindən başlayaraq Sizi “Xanımlar” adlı yeni rubrika ilə tanış edərək məşhur psixoanalitik Ziqmund Freydın sualına cavab tapmağa çalışacağıq – “Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq, böyük suala cavab tapa bilmədim. Əslində qadınlar nə istəyir?”...

jurnal_109_szhat.pdf

Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva