Finansist

Avqust 2022

Hörmətli oxucularımız!
Sizi jurnalımızın avqust buraxılışında salamlayırıq.Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə impe-
ratorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Qədimdən gələn məlumatlara görə, Oktavian bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib. 2022-ci ilin avqust ayınin 26-da neçə illərdir həsrətlə gözlədiyimiz Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycan Ordusunun nəzarətinə keçib. Düz 30 il, 3 ay, 9 gündən sonra Azərbaycanın qəhrəman əsgər və zabitlərivbayrağımızı Laçın şəhərindəki tikililərdən birinin üzərində dalğalandırdılar! Ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər. Bütün Azərbaycan xalqımızı
bu münasibətlə təbrik edirik.
“Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”

Bu dəfəki sayımızda “Bizim müsahib” rubrikamızın qonağı APFM-in üzvü, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Departamentinin rəhbəri Rasim Həsənovdur. Bununla yanaşı, bu sayımızda ənənəvi rubrikalarla paralel olaraq ICB/ICFM-in Gürcüstandakı nümayəndəsi Tata Beridzenın məqaləsini, dün-
yanın məşhur investorları haqqında məlumatı,

Azərbaycanda gəzməli yerlər və digər maraqlı xəbərləri Sizə təqdim edirik.

Jurnalı yükləmək üçün klik edin : jurnal-avqust_2022.pdf

Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva