Xəbərlər

APFM Peşəkar Mühasib Təşkilatı kimi Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycanda ilk üzvü oldu!

APFM Peşəkar Mühasib Təşkilatı kimi Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC)
Azərbaycanda ilk üzvü oldu!
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) 2018-ci ildə Beynəlxalq
Mühasiblər Federasiyasına (IFAC) üzvlüklə bağlı müraciət etmişdir. 4 il ərzində IFAC üzvlük
öhdəliklərinin (SMO Fəaliyyət Planları) və tələblərinin yerinə yetirilməsini yüksək səviyyədə
nümayiş etdirərək IFAC -nüfuzlu beynəlxalq təşkilata üzv seçilmişdir.
IFAC 3 milyondan çox peşəkar mühasibi təmsil edən 135 yurisdiksiyada 180 üzvü olan mühasib
peşəsi üzrə nüfuzlu qlobal təşkilatdır. O üzv təşkilatları ilə birgə qlobal mühasib peşəsinin
aktuallığını, nüfuzunu və dəyərini artırmaqla ictimai maraqlara xidmət edir.
IFAC-a üzvlük yüksək keyfiyyətli peşəkar mühasibat təşkilatının (PAO) qlobal səviyyədə
tanınmasıdır.
APFM IFAC üzvü kimi dövlət və özəl sektor təşkilatlarına yerli, regional və beynəlxalq
miqyasda etimad göstərilə bilən və böyük potensiala malik qurum olduğunu bir daha sübut edir,
ictimai maraqlara xidmət sahəsində beynəlxalq standartların, ən yaxşı təcrübələrin tətbiqini
nümayiş etdirir.
Bu nailiyyətimiz ölkəmizi ancaq tərəqqiyə, dinamik inkişafa doğru aparan müstəqil, düzgün
iqtisadi siyasətin göstəricisidir, dünya ölkələrinin Azərbaycana verdiyi yüksək dəyərin
nəticəsidir.
Bütün APFM ailəsini təbrik edirik!

APFM Peşəkar Mühasib Təşkilatı kimi Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycanda ilk üzvü oldu!
APFM Peşəkar Mühasib Təşkilatı kimi Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycanda ilk üzvü oldu!