24 oktyabr 2015
21-23 oktyabr 2015 tarixlərində APFM geniş nümayəndə heyəti tərkibi ilə Polşanın Varşava şəhərində keçirilən 16-cı İllik Audit Beynəlxalq Konfransında (The 16th Annual Auditing Conference) iştirak etmişdir.
Tədbir Polşanın Milli Auditorlar və Mühasiblər Palatasının (KİBR) tərəfindən təşkil olunmuşdu
Konfransda peşəkar mühasiblərə və auditorlara bu peşənin cari məsələləri və gələcək tendensiyaları haqqında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar verildi.
Burada, beynəlxalq səviyyədə dövlət qurumları, ictimai əhəmiyyətli təşkilatlar, peşəkar mütəxəssislər, beynəlxalq korporasiyaların rəhbərləri, rəsmi hökümət nümayəndələri iştirak edirdi, investorlar, iş adamları və sahibkarlar üçün maraq doğuran məsələlər müzakirə edildi.
Konfransın bu dəfəki əsas mövzusu : “Maliyyə hesabatlarında və auditində inkişaf” konsepsiyası əsasında Maliyyə hesabatlarında və auditində istiqamətlər- beynəlxalq perspektivler, audit reformaları-əsas məqsədləri, audit və korporativ hesabatlılıq, maliyyə hesabatlarında və auditində olan dəyişikliklər və s. mövzular ətrafında məruzələr dinlənildi, iqtisadi, siyasi və sosial mühitin sürətli dəyişmə kontekstində mühasibat uçotunun əsas rolu müzakirə olundu.
Konfrans 3 gün davam etdi. Tədbirdə IFAC, ACCA, ICAEW, Dünya bankı, və s beynəlxalq qurumların nümayəndələri iştirak edirdi.
Tədbirdə həmçinin mühasibat nəzəriyyəsi və təcrübəsinin irəliləyişlərinə dair məsələlər, aparılmış tədqiqatların nəticələri, yeni ideyalar, və. s məsələlər müzakirə edildi, müxtəlif sessiyalardan ibarət olan konfransda müasir nəzəriyyə və praktika təhlil edildi, mühasibatlıq sahəsinin yeni prespektivləri, dəyişiklikləri tədqiq olundu.
Konfransın işi başa çatdıqdan sonra iştirakçılarla işgüzar görüşlər keçirilmiş, təcrübə mübadilələri aparılmış və təqdim olunmuş materiallar Azərbaycana gətirilmişdir. Hesab edirik ki, həmin materiallar ölkəmizdə mühasibatlığın inkişafı istiqamətində peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.


