Xəbərlər

12 oktyabr 2015

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) öz ənənəsini davam etdirərək 08-10 oktyabr 2015 tarixlərində “Mühasiblərin və Auditorların 5-ci Avrasiya Forumu”na ev sahibliyi etdi. Forum uğurla başa çatdı.

Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kursuna dəstək məqsədi ilə “Qloballaşma şəraitində mühasibat uçotu və audit: Mərhələlər, meyllər və inkişaf perspektivləri” mövzusunda keçirilən bu forumda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələri iştirak etdi.

Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Tədbirdə təşkilatçıların əməkdaşlıq etdiyi qurumlar – Rusiya, Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Macarıstan, Litva, Qazaxıstan, Gürcüstan, və.s ölkələrdən audit və mühasibatlıq qurumlarının təmsilçiləri, eyni zamanda yerli qurumların o cümlədən, Azərbaycan Respublikası Milli Məclisinin, Vergilər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Hesablama Palatasının, SOCAR, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, “Azərsu” ASC-nin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin, yerli və beynəlxalq audit şirkətlərinin və s nümayəndələri iştirak etmişlər.

Forumun konfrans hissəsi Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin Sədri, Azərbaycan İqtisadçılar İttifaqının Sədri, Beynəlxalq İqtisadçılar İttifaqının Vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü, akademik Ziyad Səmədzadənin sədrliyi ilə keçdi, maraqlı məruzələr dinlənildi:

Məruzəçilər:

Horia NEAMTU-Rumıniya Maliyyə Auditorları Palatasının Fəxri Prezidenti

İdris İsayev-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Barbara MİSTERSKA-DRAGAN-Polşa Milli Auditorlar Palatasının (KIBR) sədr müavini

Süleyman QASIMOV-Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Vitse-Prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının Sədri

Yahya ARIKAN-İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının prezidenti

Akif MUSAYEV-Azərbaycan Respublikasının Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri

Aleksandr RUF -Rusiya Auditorlar Kollegiyasının (RCA) Prezidenti

İlqar VƏLİYEV-“Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının partnyoru, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü

Saulius LAPSINSKAS -Litva Auditorlar Palatasının prezidenti

Qəşəm BAYRAMOV-Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının rəhbəri

Ference Eperjesi-Macarıstan Auditorlar Palatasının texniki işlər üzrə vitse-prezidenti

Aleksandr PAPAİKA-Ukrayna Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının prezidenti

Rəşid MAHMUDOV-Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Mütəxəssis Təhlilləri şöbəsinin rəisi

Dmitri YAKOVENKO-Peşəkar Mühasiblərin, Maliyyə Menecerlərinin və İqtisadçıların Milli İnstitutunun Prezidenti

Elşad SƏMƏDZADƏ-Azərbaycan İqtisadçılar İttifaqının Sədr Müavini

Giorgi RUSIASHVILI- “JPA International” Gürcüstan

Muxtar SATTAROV-Azərbaycan Daxili Auditorlar İnstitutunun (Azərbaycan DAİ) prezidenti və icraçı direktoru

Zamin HÜSEYNOV- "MAK AZƏRBAYCAN LTD" MMC-nin direktoru

Bütün məruzəçilərə və forum iştirakçılarına təşəkkür edirik, foruma verdirləri töhfəsinə görə onlara dərin minnətdarlığımızı bildiririk!

12 oktyabr 2015
12 oktyabr 2015
12 oktyabr 2015
12 oktyabr 2015
12 oktyabr 2015