29 may 2015
APFM Bakıda “Mühasiblərin və Auditorların V Avrasiya Forumu”nun keçirilməsi üçün hazırlıq işlərinə start verdi
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası öz ənənəsini davam etdirərək bu il 08-10 oktyabr tarixlərində “Mühasiblərin və Auditorların 5-ci Avrasiya Forumu”na ev sahibliyi edəcək. Avropa və Asiyanın bir çox nüfuzlu qurumlarını təmsil edən nümayəndələrinin iştirak etdiyi forumda bu sahədəki prioritetlər müzakirə ediləcək.
Forumun rəsmi tərəfdaşları kimi Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatası cıxış edir.
Forumunda “Qloballaşma şəraitində mühasibat uçotu və audit: Mərhələlər, meyllər və inkişaf perspektivləri” mövzusunda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin çıxışları gözlənilir . Forumda qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində müzakirələr aparılacaq, əsas mövzu ətrafında məruzələr dinlənəcək, dəyirmi masalar təşkil ediləcəkdir. Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin maliyyə və uçot sisteminin təkmilləşməsinə xidmət edəcək bu forumda rəsmi hökümət nümayəndələrinin, müvafiq nazirlik və dövlət komitələrinin iştirakı gözlənilir.
Biz əminik ki ölkəmizdə mütəmadi olaraq keçirilən bu Forum mütəxəssislərimizin peşəkar bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində , yüksək ixtisaslı maliyyəçilərin sayının artmasında da böyük rol oynayacaq.
Forumda həmişə öz fəal iştirakı ilə seçilən APFM üzvləri ilə bu dəfə də yenidən görüşməyə çox şad olarıq!
Qeydiyyat üçün əlaqə:
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası
Zərifə Əliyeva küç. 55, Bakı, Azərbaycan, "YENİ HƏYAT" Plaza, 5-ci mərtəbə
Tel: +99412 4997816 /+99412 5642237/ 050 205 0699
