25 aprel 2014
25 aprel 2014-cü il tarixində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasında (APFM) üzvlük proqramı çərçivəsində üzvlər üçün 2013-2015 dövr üzrə yeni standartların qüvvəyə minməsi ilə BMHS-da baş verən dəyişikliklərin şərhinə və müzakirəsinə həsr olunmuş treninq keçirildi. Aparıcı mütəxəsis kimi Moskvadan dəvət olunmuş Aleksander Melnikov çıxış edərək “Iflas riskinin qiymətləndirilməsi” və “ Professional Mühasiblər üçün Etika” mövzularına da toxundu. Təlim üzvlər arasında maraqla qarşılandı və mövzular aktuallıq baxımından yüksək qiymətləndirildi.
Üzvlərlə görüşdə həmçinin “Finansist” jurnalının 2013-cü il üzrə “İlin oxucusu” və “İlin məqaləsi” diplomlarının təqdimetmə mərasimi baş tutdu. Jurnalın layihə rəhbəri Nuriyyə Novruzova və baş redaktoru Ramil Bağırov çıxış edərək nominantlara Diplomları təqdim etdilər.
Çıxış edənlər bildirdilər ki, jurnal iqtisadiyyat və maliyyə sahəsində çalışan peşəkar mütəxəssislər üçün faydalı tədris vəsaiti kimi mühüm rol oynayır.
Keçirilən müsabiqələrdə oxucu fəallığının artmasının sevindirici hal olduğunu diqqətə çatdıran natiqlər bu ird a “Finansist”in inkişafında böyük önəm kəsb etdiyini bir daha vurğuladılar.
Qeyd olundu ki, jurnal, maliyyəçilərin beynəlxalq təcrübəyə əsaslanaraq peşəkar inkişafı üzrə yeniliklərini daima təbliğ edəcək, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirəcək.
Müsabiqənin qalibləri:
“İlin Oxucusu”
1. Sahib Hüseynov
2. Bəxtiyar Budaqlı
“İlin Məqaləsi”
1. Ruslan İsrafilov
2. İlkin Bayramov
3. Emin Şirinov
Qalibləri ürəkdən təbrik edirik, onlara daha yüksək nailiyyətlər arzu edirik!
