Xəbərlər
01 aprel 2021
Maliyyə və mühasibatlıq sahəsində 15 ildən çox fəaliyyət göstərən Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiyasiası (APFM) sözügedən sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsi sahəsində universitetlərlə əməkdaşlığa müvəffəqiyyətlə davam edir.

Paytaxt Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində maliyyə və mühasibatlıq sahəsində təlim və tədbirlərin keçirilməsi APFM fəaliyyətinin əsas məqsədlərindəndir.

Bu məqsədlə, Sumqayıt Dövlət Universiteti və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiyasiyası arasında olan əməkdaşlıq çərçivəsində ilk onlayn tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirin məqsədi iqtisadi istiqamətlər üzrə (xüsusən maliyyə və mühasibatlıq ixtisasları) təhsil alan tələbələrin gələcək əmək fəaliyyətlərində praktiki təcrübələrinin formalaşması baxımından hüquqi tələblərin və yerinə yetirilməsi tələb olunan vəzifələrin şərh edilməsidir.

Tədbir ZOOM proqramı vasitəsi ilə 9 aprel 2021-ci il tarixində saat 15:00-da keçiriləcək