16 aprel 2014
16 aprel 2014-cü il tarixində Gürcüstan Respublikasının Maliyyə Menecerləri, Auditorlar və Mühasiblər Federasiyası "GFAAFM" və Azərbaycan Respublikasının Professional Maliyyə Menecerləri Assosiasiyası "APFM" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb.
Memorandumu GFAAFM icraçı direktoru Yuri Papaskua və APFM prezidenti Nuriyyə Novruzova imzalayıb.
Memorandum çərçivəsində əsas fəaliyyət istiqamətləri kimi iki professional təşkilat arasında əlaqələrin möhkəmləndirilməsi, auditor, maliyyə və mühasibatlıq sahəsində çalışan kadrların IFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanması, təcrübə mübadiləsi əsasında peşəkar inkişafının təmin olunması üzrə birgə fəaliyyət planının hazırlanması vı həyata keçirilməsi nəzərdə tutulur.