APFM rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülmüşdür!
APFM rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülmüşdür!
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülmüşdür! Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2019-cu il tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası"nın 2.2 bəndinin tələblərini yerinə yetirərək, Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən APFM- Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuşdur.
Qeyd edək ki, APFM ilk Peşəkar mühasib təşkilatıdır. 2007-ci ildə təsis olunmuş Assosiasiya maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı mühüm layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış, hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi mühasiblərin peşəkar səviyyəsinin artırılması, mühasib peşəsinin inkişafı, ümümiyyətlə maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssislərin maarifləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istlqamətində fəaliyyətini uğurla davam etdirir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son mühüm dəyişikliklərin tətbiqi ilə bağlı və Qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar səviyyəsinin artırılmasının zəruriliyi APFM-in apardığı maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və fəaliyyətini bu istiqamətdə genişləndirilməsini labüd edir. Assosiasiya Peşəkar Mühasib Sertifikasiyası imtahanlarına hazırlıq üzrə müvafiq təlimlər təşkil edir.
Nəzərinizə çatdırırıq ki, MHBS üzrə “Peşəkar Mühasib Sertifikatı” əldə etmək üçün müraciət etmiş namizədlər Assosiasiyanın təqdim etdiyi ICFM beynəlxalq kvalifikasiyasına (Diploma in IFRS) malik olduğu təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanın 1-ci mərhələsindən azad edilir.
APFM 2016-cı il mart ayından etibarən Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür.
Bu yeni uğur münasibətlə bütün APFM üzvlərini ürəkdən təbrik edirik onlara daha böyük nailiyyətlər arzu edirik!