10 iyul 2013
Ukraynada Mühasiblərin və Auditorların Konqresi başa çatdı
Konqres 5-9 iyul 2013 taxində Ukraynanın Lvov şəhərinin Bukovel bölgəsində- Radisson Blue mehmanxanasında keçirildi. Bura, 250-dən çox yüksəkixtisaslı mütəxəssislər üçün, maliyyə, biznes və idarəetmə sahəsində mövcud problemlər və onların effektiv həlli yollarıının araşdırılması, təcrübə mübadiləsi, yeni imkanlar və gələcək perspektivlər istiqamətində müzakirə meydanına çevrildi.
5 gün ərzində 2 plenar iclas, 18 tematik seksiya, 2 dəyirmi stol və 2 Master klass keçirildi
Konqresin təşkilatçıları – Balans Klub və İCFM Ukrayna, konqresin beynəlxalq səviyyədə keçirilməsini və xarici qonaqların sayının artmasını xüsusi qeyd etdi. Bu konqresdə həmçinin Azərbaycanı da da geniş tərkibdə nümayəndə heyəti ( SOCAR, Azərsu ASC, AZAL, və s) ilə Professional Maliyyə Menecerləri Assosiasiyası təmsil edirdi.
Tədbirin fərqli xüsusiyyətlərindən biri də o idi ki, mühasiblərlə birgə müəssisələrin rəhbər işçiləri də bu tədbirdə iştirak edirdi və maliyyə mütəxəssisləri ilə bərabər müəssisənin maliyyə fəaliyyətinin incə məqamlarını tətqiq edirdilər. Konqresin bu formatda qurulmasını təşkilatçılar təsadüfi hesab etmir, çünki, məhz direktor və mühasib, həm stateji , həm də taktiki baxımdan düzgün qərarların qəbul olunmasına cavabdehdirlər.
Konqresdı baxılan və müzakirə olunan məsələlər xüsusilə mühasibat uçotunun qanunvericilik və normativ –hüquqi baxımdan tənzimlənməsisnin təkmilləşdirilməsinə yönəldilmişdi- büdcə sahəsində islahatlar, beynəılxalq maliyyə standartlarının tətbiqi, vergiqoyma, əməyin ödənilməsi və sosial təminat, və s.
Məruzəçi qismində qanunvericilik və normativ bazanın formalaşdılırmasında bilavasitə iştirak edən müvafiq dövlət orqanlarının nümayəndələri, ixtisaslı mütəxəssisləri çıxış etdilər.
Amerikada gələn Patrik Valten özünün Master Klass seminarı ilə hamının diqqətini cəlb etməyi bacardı, məşğələlərdəki canlı ünsiyyət, qrup işləri, praktik məsələlərin həlli və izahı , həmçinin qazanılan bacarıqların öz işində tətbiq etmək imkanı dinləyicilər arasında böyük maraqla qarşılandı.
Konqresin ilk günü bayram əhval-ruhiyyəsi ilə başladı: “Ukraynanın ən yaxşı mühasibi 2013” nominasiyası üzrə qaliblər seçildi və mükafatlar təntənəli surətdə “Açılış Mərasimində” təqdim olundu.
Konkursun təşkilat komitəsinin sədri – Svetlana Pozova əmindi ki, mühasiblər arasında keçirilən bu cür konkurslar onların peşəkar bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində böyük rol oynayır. Bu isə o deməkdi ki, yüksək ixtisaslı mühasiblərin sayı hər il artır.
Biz də bu arzuya qoşuluruq və peşəkar “Finansist”lərimizlə fəxr edirik!




