Xəbərlər

19 noyabr 2018

19-20 noyabr 2018-ci il tarixində Avstriyanın Vyana şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən növbəti İllik konfrans KOS subyektləri tərəfindən qeyri-maliyyə hesabatlarının təqdim edilməsi mövzusuna həsr olunmuşdu.

Konfrans çərçivəsində KOS subyektləri tərəfindən qeyri-maliyyə hesabatlarının təqdim edilməsi üzrə 14 Avropa ölkəsində aparılmış sorğu layihəsinin yekunları dəyirmi stol arxasında müzakirə olundu.

AB-nin Qeyri-Maliyyə Məlumatı (NFI) üzrə Direktivi yalnız böyük şirkətlərə tətbiq edilsə də, EFAA-nın tədqiqatının ilkin nəticələri NFI hesabatlarının milli tələblər səbəbindən KOS subyektləri üçün ümumi hal olduğunu göstərir. Bundan əlavə, KOS subyektlərində inteqrasiya düşüncəsi zəminində bu hesabatların faydalalı olacağına artan maraq da var.

EFAA gələcək müzakirələr üçün aşağıdakı məsələlərin nəzərə alınmasını təklif edir:
- KOS subyektlərinin könüllü olaraq Qeyri-Maliyyə Məlumatı (NFI) hesabatını təqdim etməsi üçün təşviq edilməsi vacibdir, çünki bu onlara, maraqlı tərəflərə və geniş ictimaiyyətə fayda verə bilər;
- Qeyri-Maliyyə Məlumatı Direktivinin bəzi elementləri KOS subyektləri tərəfindən könüllü tətbiq edilməsi üçün uyğun ola bilər;
- Milli tənzimləyici orqanlar KOS subyektləri üçün Qeyri-Maliyyə Məlumatı (NFI) hesabatını formalaşdırarkən Qeyri-Maliyyə Məlumatı Direktivinə əsaslana bilərlər, bu, KOS subyektlərinin NFI hesabatlarının beynəlxalq müqayisəliliyinin artırılmasına kömək edəcəkdir.

Tədbirdə digər aktual məsələlər və onların həlli yolları da müzakirə olundu. Sessiyalarda panel müzakirəsi və auditoriya ilə sual- cavablar da nəzərdə tutulmuşdu. Tədbirdə APFM üzvləri də iştirak etdi.

Yekun məruzə ilə Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Prezidenti Bodo Richardt çıxış etdi, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirdi.

19 noyabr 2018
19 noyabr 2018
19 noyabr 2018