Xəbərlər

20 avqust 2018

20 avqust 2018
Hörmətli APFM üzvləri,

Nəzərinizə çatdırırıq ki, 2019-cu il üçün EFAA-nın fəaliyyət planı APFM ekspert qrupu tərəfindən qiymətləndirilmişdir. EFAA -ya üzv olan digər peşəkar təşkilatlar kimi APFM də bu fəaliyyət planında əsas layihələrin müəyyən edilməsi, müvafiq beynəlxalq və milli mövzulara yönəlmiş konsepsiyanın hazırlanması , fərdi üzvlər üçün EFAA-nın və eləcə də bura üzv təşkilatların dəyərinin artırılması istiqamətində bir sira müvafiq təkliflər irəli sürmüşdür.

Milli movzular kontekstində mühasibat uçotu üzrə yerli qanunvericiliyimizdə ən son dəyişiklikləri nəzərə almaqla, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün (SME) MHBS üzrə mühasiblərimizin təlimatlandırılması, bu sahənin inkişafı, təlim proqramlarının və materiallarının hazırlanması və s məsələlər yer almışdır. Çünki "mübadilə platforması" formatında digər beynəlxalq qurumların peşəkar mütəxəssislərinin fikir və rəyləri, ən yaxşı təcrübə nümunələrinn bölüşdürülməsi bizim üçün çox faydalı ola bilər.

Əsas və ən vacib konsepsiya isə üzvlərə dəyər verməkdir, mühasiblərin dəyərini, statusunu və peşəkar biliklərini yüksəltməkdir, EFAA beynəlxalq fəaliyyətini nəzərdən keçirərkən “milli mövzuları" da vurğulamalıdı, çünki bu ümumilikdə peşənin inkişafına xidmət edəcək.

Tədbirlər planı 20 noyabr 2018-ci il tarixdə EFAA Şurasının Vyanada keçiriləcək toplantısında qəbul olunacaq.

Nəmçinin APFM 2019-ci il Tədbirlər planı da hazırlanmaqdadır və tezliklə Sizlərin müzakirəsinə təqdim olunacaq. Buradaki əsas istiqamətlərdən biri təbii ki, mütəxəssislər üçün onların maraqlarına cavab verən , karyera üstünlüklərini təmin edən, günün tələbinə uyğun müvafiq seminar, treninq, master-class, dəyirmi masa müzakirələrinin təşkil olunmasıdı. Mövzuların seçilməsində isə Sizlərin fikir və təklifləriniz bizim üçün çox önəmlidi. Bunu nəzərə alaraq, üstünlük verdiyiniz mövzuların adlarını 31.10.2018-ci il tarixinədək [email protected] email ünvanına göndərməyinizi xahiş edirik.

Təşəkkür edirik