27 iyun 2018
Bu gün Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) ilə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında Əməkdaşlıq Memorandumu bağlandı. Memorandumu Bakıda işgüzar səfərdə olan ACAP prezidenti- Georgeta Covaliov-Rusu və APFM prezidenti- Nuriyyə Novruzova imzaladı.
Memorandum iki ölkənin iqtisadi mühitində mühasibat, maliyyə menecmenti peşəsinin təşviqi, beynəlxalq səviyyədə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunlaşdırılması və inkişafı məqsədi daşıyır.
Memorandum çərçivəsində hər iki peşəkar təşkilatın üzvləri üçün davamlı peşə inkişafı proqramlarının təşkili, mühasiblər, maliyyə menecerlərir tərəfindən həyata keçirilən fəaliyyətlərdə etik, təhsil və keyfiyyət sahəsində qarşılıqlı dəstək, milli və ya beynəlxalq tədbirlərə ümumi iştirak , təcrübə mübadiləsi, hə iki təşkilatın nəşr etdiyi jurnallarda mütəxəssislərin mühasibat uçotu, maliyyə idarəçiliyi ilə bağlı məqalələrinin çapı nəzərdə tutulur.