23 iyun 2018
23-24 iyun 2018-ci il tarixində Pulman Baku mehmanxanasında “Ukrayna mühasibat klubu” və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi uğurla başa çatdı. Mövzu: “Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə” idi.
Tədbirdə Ukraynanın Maliyyə Nazirliyinin mühasibat uçotu metodologiyası, gömrük siyasəti və vergi departametinin rəhbəri Lyudmila Qaponenko, Qiymətli Kağızlar və Birja Komissiyasının aparat rəhbəri Oksana Saxnatska, Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadiyyat məsələləri üzrə şöbəsinin rəhbəri-Serqey Ştelyuk, Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının prezidenti- Georgeta Covaliov-Rusu, Azərbaycan tərəfindən SOCAR Vitse-Prezidenti, APFM Müşahidə Şurasının sədri- Süleyman Qasımov, Azərbaycan Respublikası Maliyyə Naziriliyinin uçot siyasəti şöbəsinin rəhbəri –Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzinin rəhbəri- Elman Hüseynov, APFM prezidenti- Nuriyyə Novruzova, Gənc Mühasiblər Birliyinin sədri- Solmaz Əliyeva, Ukraynanın və Azərbaycanın iri müəssisələrinin baş mühasibləri, maliyyə menecerləri, mühasibat və audit sahəsində çalışan mütəxəssisləri iştirak etdilər.
Konqres məruzələr və dəyirmi stol arxası müzakirələr formatında keçirildi, Ukraynanın ictimai əhəmiyyətli qurumlarında MHBS-nın tətbiqi üzrə Azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparıldı, iştirakçılar sürətli iqtisadi dəyişikliklər kontekstində mühasibin rolunu və peşəkar inkişafının nüanslarını müzakirə etdilər.