Xəbərlər

16 may 2018

APFM üzvlərinin maarifləndirilməsi istiqamətində aparılan işlərin davamı kimi Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən 16 may 2018 tarixində Bakı şəhərində Royal mehmanxanasında Assosiasiyanın üzvləri üçün “Xərclərin idarə edilməsi: dünən, bugün və sabah” mövzusunda keçirilən növbəti seminar uğurla başa çatdı.

Seminar APFM ekspert qrupunun üzvləri Kəmaləddin Quliyev və Rauf Rzayevin təqdimatında keçirildi.

Seminarda xərclərin azaldılması və dəyərin artırılması (xərclərə nəzarət, xərclərin azaldılması metodları, dəyər təhlilləri) , müasir dövrdə rəqəmsal texnologiyalar və onların xərclərin idarə olunmasına təsiri (blokçeyn –istehsalçılar və istehlakçılar üçün yeni imkanlar, süni intellektin tətbiqi və dəyərin formalaşmasında rolu) ,transfer qiyməti və onun məhsulun maya dəyərinə təsiri (transfer qiyməti ilə bağlı qanunvericilik və transfer qiymətlərinin müəyyən edilməsi üsulları) və s. mövzular geniş müzakirə olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Həmçinin tədbirdə APFM ailəsinə qoşulan yeni üzvlərin təqdimatı keçirildi.

Xatırladaq ki, mühasiblərin, maliyyə menecerlərinin və direktorlarının maraqlarını ifadə edən, beynəlxaq statusunu təmin edən peşəkar qurum kimi , Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası 2005-ci ildə təsis olunmuş, 2013-cü ildən etibarən isə ilk dəfə olaraq beynəlxalq üzvlük sistemini tətbiq etmişdir, “FİNANSİST” jurnalının təsisçisidi. Hazırda Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdü, digər ölkələrin ən qabaqcıl təcrübəsini öyrənərək beynəlxalq standartlarına uyğun peşəkar mühasib ixtisası üzrə kadr hazırlığı istiqamətində də fəaliyyətini uğurla davam etdirir.

16 may 2018
16 may 2018
16 may 2018
16 may 2018
16 may 2018
16 may 2018
16 may 2018
16 may 2018