Xəbərlər

Oktyabr 2017

APFM üzvlərinin maarifləndirilməsi istiqamətində aparılan işlərin davamı kimi Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən 11 oktyabr 2017 tarixində Bakı şəhərində Royal mehmanxanasında Assosiasiyanın üzvləri üçün “Maliyyə hesabatları əsasında müəssisənin maliyyə təhlili necə aparılır?” mövzusunda keçirilən növbəti seminar uğurla başa çatdı.
Seminar SOCAR-ın nümayəndəsi, Kəmaləddin Quliyevin təqdimatında keçirildi.
Seminarda maliyyə təhlilinin məqsədi, informasiya mənbəyi, məcmu gəlirlər haqqında hesabat üzrə, balans hesabatı üzrə, pul vəsaitinin hərəkəti haqqında hesabat üzrə müəssisənin maliyyə təhlilinin aparılması və maliyyə təhlilinin aparılma üsulları geniş müzakirə olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Bütün APFM üzvlərinə seminarda fəal iştirak etdiklərinə görə təşəkkürümüzü bildiririk.
Oktyabr 2017
Oktyabr 2017
Oktyabr 2017
Oktyabr 2017