ICB/ICFM Global-Möhtəşəm şam yeməyi
05-09 noyabr 2012-ci il tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransı keçirilmişdir. Bu konfransda həmişə olduğu kimi Azərbaycan da böyük nümayəndə heyəti ilə iştirak etdi.

Beynəlxalq mühasibat təşkilatlarının, aparıcı şirkətlərin mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) aktual məsələləri və standartlarda baş vermiş dəyişikliklər, dünyada iqtisadi vəziyyət, investisiya mühiti, maliyyə alətləri və digər mövzularda müzakirələr aparılmışdır. Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniya parlamentində olmuş, parlament üzvləri ilə görüşlər keçirmişdir. İngiltərə Bankında keçirilən görüşlərdə isə beynəlxalq standartların tətbiqi məsələləri geniş müzakirə edilmişdir.Yenə də Londonun ən gözəl banket zallarından birində-Savoy oteldə verilən qala-şam yeməyi bu vizitin əsas hadisəsi oldu. Şahzadə Maykl Kentskiy Kral Əlahəzrətləri ICFM " 2011-ci ilin şirkəti -The Employer" nominasiyalarının qaliblərini təbrik etdi və müasir mühasibat uçotunun banisi Luka Paçolinin şərəfinə adlandırılan "Luca" fəxri kiçik heykəlini təqdim etdi.

- «Rosatom»şirkəti (Rusiya)
- Ukraynanın Daxili İşlər Nazirliyinin İqtisadiyyat departamenti (Ukrayna)
- Azərsu ASC (Azərbaycan)
Bu mükafat Beynəlxalq Mühasiblər İnstitutunun prezidenti, kral ailəsinin üzvü Maykl Kent tərəfindən “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini M.Məmmədova təqdim edilmişdir.
Müxtəlif illərdə bu nüfuzlu mükafatları RF Dövlət Dumasının deputatı, Ukrayna Maliyyə Nazirliyinin nümayəndələri, "Qazprom" şirkətinin daxili audit departamentinin nümayəndələri, Azərbaycanın Dövlət Neft Şirkəti "SOCAR", Rusiyanın və MDB ölkələrinin ən iri şirkətlərinin təmsilçiləri və maliyyə sahəsində olan digər yüksək vəzifəli xadimlər almışlar.
Konfransın gedişində "Ən yaxşı tələbə", "Ən yaxşı müəllim" və "Ən yaxşı Maliyyə Meneceri" nominasiyasında ICFM Fəxri mükafatları təqdim olundu.
Bu il ICFM Azərbaycan- Professional Maliyyə Menecerləri Assosiasiyanın diğər üzvləri də fəxri mükafatlara layiq görüldü:
The Best Student of the Year 2012
Ilhamə Əliyeva- Baş mühasib, Gaya real estate
Rəna Quliyeva- Baş mühasib, Silkway Sığorta
The Best Financial Manager of the Year 2012
İlqar Kərimov- İqtisadiyyat və uçot idarəsinin rəisi, Azərbaycanın Dövlət Neft Şirkəti
Naida Mustafayeva- Baş mühasib, Zərifə Əliyeva adına oftalmoloji mərkəz
The Best Tutor of the Year 2012
Kamaləddin Quliyev- Mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi, Azərsu ASC