10 aprel 2012
Beynəlxalq Biznes Konfransı
«Ukraynanın sərmayə qoyulması üçün cəzbediciliyinin inkişaf etdirilməsi. İqtisadiyyatda ISA və IFRS. Maliyyə bazarı»
11 - 13 iyul 2012-ci il, Kiyev, Ukrayna
Konfrans sərmayə layihələri, menecment, maliyyə hesabatı və audit, hüquqi və məhkəmə aspektləri sahəsində elspertləri və peşəkarları, Avropadan və dünyanın 30-dan çox ölkəsindən gələn mütəxəssis və biznes rəhbərlərini birləşdirəcəkdir. Bu görüşlərdə Ukraynada sərmayələrin qoyulması şəraitinin yaxşılaşdırılmasına cəlb edilmək ilə bağlı məsələləri müzakirə etmək üçün müxtəlif beynəlxalq işgüzar əməkdaşlıq formalarının inkişaf etməsində maraqlı olan 250 müəssisə mütəxəssisləri və rəhbərləri, dövlət və işgüzar dairələrin nümayəndələri, Ukrayna, Böyük Britaniya, Polşa, Kanada, ABŞ, Danimarka, Azərbaycan, Türkiyə, Avropa, Pribaltika və MDB ölkələrindən- beynəlxalq təşkilatlardan olan nümayəndələr bir araya gələcəklər.
Konfransın işində gündəlikdə duracaq məsələlər:
1. Ukraynanın sərmayə qoyulması üçün cəzbediciliyinin inkişaf etdirilməsi və yaxşılaşdırılması.
2. Avropa Şurası öklələrinin biznes sferasında ISA (BAS) və IFRS (BMHS) inkişaf etdirilməsi. ISA və IFRS nüfusundan iqtisadiyyat üçün istifadə olunması
3. ISA və IFRS şurası: biznes üçün IFRS, gələcək planlara toxunulan diskussiya.
4. Ukraynada maliyyə xidmətlərinin inkişaf etdirilməsi və gücləndirilməsi.
5. Beynəlxalq bazara çıxan müəssisələr üçün IFRS-nın rolu. Ölkələrin təcrübəsi.
6. Hüquqi və məhkəmə aspektləri.
7. Ölkələrdə peşəkarların ixtisasının artırılması. Təhsil sisteminin inkişaf perspektləri.
Konfrans iştirakçıları bu sahədə aparıcı mütəxəssislərlə, ölkənin sərmayə iqliminin inkişafına və güclənməsinə, maliyyə hesabatı və auditə, dünyanın çox ölkələrində təhsilə təsir göstərə bilənlərlə görüşmək və onlarin fikrini eşitmək imkanı əldə edəcəklər.
Konfrans çərçivəsində rəsmi və qeyri-rəsmi tədbirləin keçirilməsi nəzərdə tutulur
- 11 iyul 2012: «Crystal Hall» da Təntənəli Açılış mərasimi və nominasiyalar üzrə mükafatların təqdimatı;
- 12 iyul -Konfrans
- 13 iyul 2012: Ən yaxşı ukrayna ənənələrində "Ukrayna kəndi" etnoqrafik kompleksində bağlanma mərasimi
- 11 - 13 iyul 2012: IFRS mütəxəssisləri üçün treninqlər ( M.Weels və A. Hyland -IASB, Böyük Britaniya)