Xəbərlər

18 Noyabr 2011

SERTIFIKATLAŞMIŞ MALIYYƏ MENECERLƏRI INSTITUTUNUN -ICFM-ILLIK BIZNES TOPLANTISI, LONDON, 17-18 noyabr 2011-ci il

17-18 noyabrda ICFM (SMMİ) illik konfransı Londonda növbəti dəfə uğurla keçdi. Tədbir iştirakçıları Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Azərbaycan və Gürcüstan nümayəndələri idi. Konfrans iştirakçıları arasında "Rosatom"Rusiya dövlət korporasiyasının, SOCAR, Azərsu Azərbaycan dövlət şirkətlərinin təmsilçiləri, Ukrayna Audior Palatasının Sədri, Ukrayna qiymətli kağızlar və fond bazarı üzrə müşahidə şurasının sədri, Ukrayna dövlət vergi xidmətinin bütün məcburi yığımlar və vergilər departamentinin direktoru, Gürcüstan Parlamentinin müşaviri, Qazax "PetroQazaxıstan" dövlət şirkətinin -təmsilçiləri, "Qrodno Azot" Belorus şirkətinin təmsilçiləri və digər beynəlxalq və milli peşə təşkilatlarının nümayəndələri, mühasibat uçotu, vergi qoyulması və maliyyə nəzarəti üzrə aparıcı mütəxəssislər, İSFM mütəxəssislərin hazırlanması üzrə tədris məktəblərinin və mərkəzlərinin rəhbərləri, ictimai təşkilat xadimləri vardı.

Nümayəndələrin gəlməsinin rəsmi hissəsi 17 noyabr tarixində Britaniya parlamentində səhər yeməyindən etibarən başladı. Səhər yeməyinin təntənəli hissəsini ICFM -in Baş direktoru Qarri Karter açdı, bundan sonra parlament üzvü Lord Risbi salamlama nitqi ilə çıxış etdi. Nümayəndələr parlamentə baş çəkdikdən sonra Savoy Place deyilən yerə konfransa yola düşdülər. Nümayəndələr qarşısında Böyük Britaniya Parlamentinin üzvü Anni Mari Morris, ICB/ICFM (Böyük Britaniya) Sədri cənab Qarri Karter nümayəndələr qarşısında çıxış etdilər. Məşhur məsləhətçi Riçard Smerdon korporativ idarəetmə barədə təqdimatla çıxış etdi, sonra BMHS həsr olunmuş məruzə ilə BMHS üzrə Komitənin tədris üzrə direktoru cənab Maykl Uells çıxış etdi, maliyyə bazarları üzrə AŞ siyasi müşaviri Devid Doyl isə nümayəndələri AŞ maliyyə xidmətləri qanunvericiliyində olan dəyişikliklərlə tanış etdi.

Konfransın gedişində "Ən yaxşı tələbə", "Ən yaxşı müəllim" və "Maliyyə Meneceri peşəsinin inkişafına verdiyi töhfəsinə görə" nominasiyasında ICFM Fəxri mükafatları təqdim olundu.

Londonun ən gözəl banket zallarından biri olan " Banketing Haus" zalında verilən qala-şam yeməyi bu vizitin əsas hadisəsi oldu. Londonun Uaytxoll sarayı (hazırda yoxdur) yanında Banket zalı 1612-22 illərdə İnoqo Consun layihəsi ilə tikilmişdir. Bu Avropanın şimalında uzun illər ingilis memarları üçün mötəbər nümunə hesab olunan palladian memarlığının birinci binalarından biridir. Bu gecə 250 qonaq ICB və ICFM mükafatlarının təltif olunması mərasimində iştirak etmək üçün yığışmışlar. Toplantının ən hörmətli qonağı ICFM-in Patronu, şahzadə Maykl Kentski Kral Əlahəzrətləri idi. Mərasim qonaqları arasında həmçinin Ukraynanın Böyük Britaniyadakı Səfiri Xondoqiy Vladimir Dmitriyeviç, Belorusiyanın Böyük Britaniyadakı Səfiri Mixneviç Aleksand Dmitriyeviç, Rusiya Federasiyasının Böyük Britaniyadakı Səfirliyinin nümayəndələri, Böyük Britaniyanın ən iri peşə təşkilatlarının nümayəndələri, məşhur siyasi və ictimai xadimləri də vardı.

Şahzadə Maykl Kentskiy Kral Əlahəzrətləri ICFM " 2011-ci ilin şirkəti -The Employer" nominasiyalarının qaliblərini təbrik etdi və müasir mühasibat uçotunun banisi Luka Paçolinin şərəfinə adlandırılan "Luca" fəxri kiçik heykəlini təqdim etdi.

Bu il ICFM fəxri mükafatını alanlar:

1. Ən yaxşı özəl daxili nəzarət sisteminin tətbiq edilməsinə görə "Rosatom" şirkəti (Rusiya).
2. Ukraynanın Baş nazirinin müşaviri, AK "Ukrbiznesbank" müşahidə şurasının sədri Papaika Aleksandr (Ukrayna).
3. "İnternational Business Alliance" şirkəti (Belarus)
4. "Qazaxıstan Temir Joli" dövlət şirkəti (Qazaxıstan)
5. Azərbaycanın Dövlət Neft Şirkəti "SOCAR" (Azərbaycan)

Müxtəlif illərdə bu nüfuzlu mükafatları RF Dövlət Dumasının deputatı, Ukrayna Maliyyə Nazirliyinin nümayəndələri, "Qazprom" şirkətinin daxili audit departamentinin nümayəndələri, Rusiyanın və MDB ölkələrinin ən iri şirkətlərinin təmsilçiləri və maliyyə sahəsində olan digər yüksək vəzifəli xadimlər almışlar.

Növbəti gündə - 18 noyabrda London Fond Birjasının ziyarət olunmasına başlanıldı. Burada LFB-nın fəaliyyəti barədə təqdimatla Rusiyada və MDB ölkələrində inkişaf üzrə menecer Ayuna Neçayeva çıxış etdi.

18 Noyabr 2011