Xəbərlər

2011-ci il mühasiblərin və audotorların III Avropa-Asiya Forumu

15-17 sentyabrda Azərbaycanda, Bakıda SMMİ-nun Azərbaycandakı koordinatoru Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının təşkil etdiyi mühasiblərin və audotorların III Avropa-Asiya Forumu keçirilmişdir. Bu forum iştirakçılarına dünyada məşhur olan, bütün dünyada standartların qəbul edilməsi və yerinə yetirilməsi ilə məşğul olan peşə təşkilatlarını görmək və eşitmək imkanı verdi.

15-17 sentyabr , Hyatt Regency, Guba Ballroom, Bakı, Azərbaycan
Forumun mövzusu: Iqtisadi şəffaflığın mühüm amili kimi BMHS və MCA-nın tətbiq olunması
Avropa-Asiya forumunun Baş Sponsoru ARDNŞ, sponsorlar Azərsu və BaharEnergy Operating Company olmuşdur.

Forumun açılışı mərasimi 15 sentyabr 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Muzeyində təntənəli surətdə PMMA vise-prezidenti Nuriyyə Novruzova və Azərbaycan Auditorlar Palatasının Sədri Vahid Novruzov açdılar.

Forumun açılışı ilə əlaqədar ayaqüstü qonaqlıq təşkil olunmuşdu, həmçinin, forum iştirakçılarını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün milli konsert də verildi.

Konfrans: Hyatt Regency. Konfransda bu mövzular müzakirəyə çıxarılmışdı: Beynəlxalq Maliyyə hesabatı və Auditi Standartları, Avropa-Asiya ölkələrində problemlər və onların həlli.

Forumda 16 -ya yaxın ölkənin təmsilçiləri iştirak etmişdilər (ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Polşa, Rumıniya, Çexiya, Ukrayna, Latviya, Slovakiya, Fransa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və s.)

Forumun gedişində SMMİ-nun müxtəlif ölkələrin peşə təşkilatları ilə əməkdaşlığı məsələlərinin müzakirəsi üzrə bir sıra görüşlər keçirildi.

Forumun bağlanması şəhər kənarında, Quba rayonunda keçirildi. Bu yer qonaqları gözəlliyi və möhtəşəmliyi ilə heyran qoydu. Səfər qeyri-rəsmi şəraitdə keçirildi. Iştirakçılar vaxtlarını mehribanlıq və dostluq atmosferində keçirdilər.