Xəbərlər

APFM üzvləri Azərbaycandan geniş nümayəndə heyəti tərkibində EFAA-nın Beynəlxalq Konfransında iştirak etdilər.

[code][/code]Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə respublikamızda zəruri tədbirlər həyata keçirilir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaqdır. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi əsas şərtdir.
22-27 may 2023 tarixində Portuqaliyanın Lissabon şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — "Rəqəmsal keçid və maliyyə menecmentində gələcək tendensiyalar” mövzusunda keçirilən və Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən möhtəşəm konfrans da məhz təcrübənin transformasiyasına, xüsusən də rəqəmsal və davamlı aspektlərə diqqət yetirdi.
Açılış nitqi ilə IFAC prezideti -Asmaa Resmouki, EFAA prezidenti- Salvador Marin və Portuqaliya OCC (Order of Certified Accountants ) prezidenti -Paula Franco çıxış etdilər, eləcə də digər nüfuzlu təşkilatların nümayəndələrinin məruzələri təqdim olundu. APFM korporativ üzvləri - Azərbaycandan geniş nümayəndə heyəti tərkibində (Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun, Azərişıq ASC-nin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin , TƏBİB-in, Azərbaycan Tibb Universitetinin , Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, AZFEN BM-nin, "Baku Non Ferros and Foundry Company" MMC-nin, Mont MMC-nin maliyyə mütəxəssisləri) tədbirdə iştirak etdilər.
Konfransda müzakirə olunan mövzular mühasibatlıq və maliyyə sahəsində ən son dəyişiklikləri, yeni yanaşmaları, eləcə də bu sahələrdə qarşıya çıxan praktiki çətinlikləri və həlli yollarını təqdim etdi.
EFAA Beynəlxalq konfransı çərçivəsində EFAA üzvlərinin 2023 İllik Toplantısı keçirildi. Toplantıda gələn il EFAA beynəlxalq konfransının Brüsseldə keçirilməsinə qərar verildi. 2024-cü ildə EFAA Şura iclasına isə Azərbaycan ev sahibliyi edəcək. Qeyd edək ki, Azərbaycandan bu nüfuzlu quruma 2 təşkilat- Azərbaycan Respublikası Auditorlar Palatası və APFM üzvdür. Qeyd edək ki, EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 19 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir.
APFM üzvləri Azərbaycandan geniş nümayəndə heyəti tərkibində EFAA-nın Beynəlxalq Konfransında iştirak etdilər.
APFM üzvləri Azərbaycandan geniş nümayəndə heyəti tərkibində EFAA-nın Beynəlxalq Konfransında iştirak etdilər.