APFM və ali təhsil ocaqları- Azərbaycan Universiteti və Bakı Avrasiya Universiteti arasında memorandumlar imzalandı
APFM və ali təhsil ocaqları- Azərbaycan Universiteti və Bakı Avrasiya Universiteti arasında memorandumlar imzalandı 24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatlı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Bakı Avrasiya Universiteti arasında əməkdaşlıq barədə Memorandum imzalandı. Tədbirdə Bakı Avrasiya Universitetinin əməkdaşları -Tədris işləri üzrə prorektor Nigar Hüseynova, Tədrisin Təşkili departamentinin rəhbəri Mənsim Məmmədov, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov, İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri İlhamə Aslanova, Riyaziyyat və İKT kafedrasının müəllimi Tünzalə İmanova, Daxili Keyfiyyət Təminatı və Audit sektorunun müdiri Esmira Talıbova, APFM-in sədri Nuriyyə Novruzova, sədr müavini və Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev və Təhsil Komitəsinin üzvü Zərqələm İsayeva iştirak etdilər. Tədbir iştirakçıları ikitərəfli əməkdaşlığı əhatə edəcək memorandumun imzalanmasının xüsusi əhəmiyyətini vurğuladılar və gələcəkdə tələbələrin ali təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərmələrində bu kimi əməkdaşlığın üstün cəhətlərini diqqətə çatdırdılar. Qeyd olundu ki, tələbələrin yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq standartlara uyğun mütəxəssislər hazırlanmalıdır. Memorandum çərçivəsində Universitetin maliyyə-mühasibat ixtisasları üzrə təhsil alan tələbələrinin APFM –in təqdim etdiyi beynəlxalq statuslu təlimlər vasitəsilə peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq kvalifikasiyalar üzrə sertifikatlaşdırılması, sertifikatlaşmış tələbələr üçün tədrisdən sonrakı üzvlük fəaliyyətinin təşkili, eləcə də onlar üçün APFM-in korporativ üzv təşkilatlarında təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur. Həmçinin fevral ayında APFM Azərbaycan Universiteti və digər universitetlərlə də bir sıra görüşlər keçirdi, beynəlxalq təlim proqramları haqqında təqdimatlar oldu, Azərbaycan Universiteti ilə Əməkdaşlıq Memorandumu imzalandı. Universitet rəhbərləri beynəlxalq standartlara uyğun yeni yüksək ixtisaslı kadr hazırlığı, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, tələbələrin beynəlxalq peşəkar qurumlaın müvafiq biznes-tədrisi proqramları üzrə sertifikatlaşmasında çox maraqlı olduqlarını ifadə etdilər.