Xəbərlər

Mart ayında APFM-in ali təhsil ocaqları ilə əməkdaşlıq istiqamətində tədbirləri davam etdi.

Mart ayında APFM-in ali təhsil ocaqları ilə əməkdaşlıq istiqamətində tədbirləri davam etdi. Odlar Yurdu universitetində tələbələrlə görüş oldu, ICB Global "Certificate in Advanced Bookkeeping” beynəlxalq kvalifikasiyası haqqında təqdimat keçirildi. Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən tələbələr üçün “Peşəkar Mühasib Sertifikatı” mövzusu ilə bağlı məlumat sessiyası keçirildi. Tədbirdə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev, Təhsil Komitəsinin üzvləri Sevinc Lütfəliyeva və Zərqələm İsayeva, Təlim proqramları üzrə menecerlər Aytən Əliyeva və Gülnarə Qənbərova, Akademiyanın əməkdaşları və tələbələri iştirak etdilər. Tədbirdə iştirakçılara Peşəkar Mühasib Təşkilatı olan APFM-nin fəaliyyəti, Assosiasiyanın təqdim etdiyi beynəlxalq statuslu təlimlər, mühasibat uçotu sahəsində tənzimləmə və nəzarət, peşəkar mühasib sertifikatlarının əhəmiyyəti, üstünlükləri, sertifikasiya imtahanlarına hazırlıq, imtahanlardan azadolmalar, peşəkar üzvlük və digər məsələlərlə bağlı geniş məlumat verildi. Sonda mövzu ilə bağlı suallar ətraflı olaraq cavablandırıldı. Universitetlərlə görüşlərdə gələcək əməkdaşlıq istiqamətləri, tələbələrin beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanları, eləcə də tədris proqramlarının akkreditasiyası məsələləri müzakirə olundu. Görüşlərin yüksək səviyyədə təşkilinə görə universitetlərin rəhbərliklərinə təşəkkür edirik və əməkdaşlığımızın hər bir tərəf üçün faydalı olmasını arzu edirik!