ICB, ICFM Global
ICB, ICFM Global tərəfindən 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş şəbəkələşmə, sosiallaşma, öyrənmə ilə bağlı maraqlı və çox pozitiv onlayn tədbir keçirildi. ICFM Azərbaycanı bu tədbirdə APFM-in üzvü, ICFM proqramlarının məzunu -Dövlət Neft Fondunun Mühasibat uçotu və hesabatı departamentinin direktoru, baş mühasibin müavini-Lamiyyə Kərimova təmsil etdi. Tədbirdə ICB/ICFM Gobal qurumuna daxil olan ölkələrdən xanımlar cəlb olunmuşdu və onlar öz peşəkar uğur hekayələrini paylaşdılar.