Xəbərlər

08 mart 2023

08 mart 2023-cü il tarixində APFM-də 8 mart gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə APFM kollektivi, Komitə üzvləri və təlimçilər iştirak etdilər. Tədbir Azərbaycanda işgüzar səfərdə olan ACCA-in Türkiyə, Azərbaycan və Gürcüstan Regional Mərkəzinin bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun və İctimai işlər üzrə regional rəhbər Vikas Aggarvalın iştirakı ilə biznes səhər yeməyi ilə başladı, bayram əhval ruhiyyəsində masa ətrafında gələcək əməkdaşlıq istiqamətləri üzrə səmimi söhbətlər aparıldı. Daha sonra tədbir APFM ofisində davam etdi. Tədbirə onlayn qoşulan ACCA-in Türkiyə, Azərbaycan və Gürcüstan Regional Mərkəzinin rəhbəri Filiz Demiröz ilk növbədə APFM xanım üzvlərini və onların simasında bütün Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırdı, APFM lə birgə maraqlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğuladı. O qeyd etdi ki, ACCA və APFM arasında əməkdaşlıq maliyyə mühasibatlıq sahəsində çalışan mütəxəssislərin və ümumilikdə mühasib peşəsinin inkişafına böyük töhfədir.
Əməkdaşlığın davamı olaraq ACCA və APFM arasında Anlaşma Memorandumu imzalandı, tort kəsildi və xatirə səkli çəkildi.
APFM olaraq, beynəlxalq nüfuzlu qurumlarla əməkdaşlığımızı hər zaman genişləndirərək, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, mütəxəssislərimizin beynəlxalq kvalifikasiyalar üzrə hazırlığı, peşəkar mühasiblərimizin davamlı peşəkar inkişafında çox maraqlıyıq və bunu təmin etmək üçün müvafiq istiqamətlərdə yeni imkanlar əldə etmək üçün daima çalışırıq.
Tərəfləri təbrik edirik, xeyirli və uğurlu olsun!
08 mart 2023
08 mart 2023
08 mart 2023
08 mart 2023
08 mart 2023
08 mart 2023