Xəbərlər

APFM üzvləri üçün 2023-cü ildə ilk seminarımız uğurla başa çatdı

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkmilləşdirilir. Qanunvericiliyə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
28 yanvar 2023-cü il tarixində APFM-in 2023-cü il üzrə nəzərdə tutulmuş Tədbirlər planına əsasən üzvlər üçün təşkil etdiyi ilk seminar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun əsas istiqamətləri mövzusuna həsr olundu. Seminar Dövlət Vergi Xidmətinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, eləcə də APFM Qanunvericilik Komitəsinin üzvü - Rəşad Əhmədovun təqdimatında keçirildi. İştirakçılara dəyişikliklər barədə geniş məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı, dəyisikliklər nümunələr üzərində ətraflı izah edildi. İştirakçılar öz məmnunluqlarını bildirdi, vergi risklərinin aradan qaldırılmasında bu vergi seminarının əhəmiyyətini bir daha vurğuladılar.
Seminarın proqramına vergitutma bazasının genişləndirilməsi; vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin və bank maliyyə sektorunun vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; uçot siyasətinin təkmilləşdirilməsi və sair istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilmişdi. Mövzular ətrafında geniş müzakirələr aparıldı, məruzəçinin maraqlı təqdimatı və ətraflı izahı iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Məruzəçiyə və iştirakçılara bir daha təşəkkürümüzü bildiririk!