Xəbərlər

ICB Beynəlxalq Mühasibat Uçotu proqramı üzrə tədrisi uğurla başa vurmuş Azərişıq ASC-nin maliyyə departamentinin əməkdaşlarına beynəlxalq sertifikatlar təqdim olundu

23 may 2022-ci il tarixində ICB Beynəlxalq Mühasibat Uçotu proqramı üzrə tədrisi uğurla başa vurmuş Azərişıq ASC-nin maliyyə departamentinin əməkdaşlarına beynəlxalq sertifikatlar təqdim olundu. Sertifikatları APFM-in sədr müavini Rauf Rzayev təqdim etdi.

Qeyd edək ki, APFM-in korporativ üzvü -Azərişıq ASC-də maliyyə mütəxəssislərinin peşəkarlığının artırılması, hesabatlılığın təkmilləşdiriliməsi, maliyyə hesabatlarının beynəlxalq standartların tələblərinə cavab verən hesabatlılıq səviyyəsində hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir və müvafiq layihələr uğurla davam etdirilir.

APFM olaraq, tərəfdaşımızla peşəkar mütəxəssislərimizin hazırlığı, onların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində əməkdaşlıq münasibətlərimizin genişləndirilməsindən məmnunuq və bundan sonra da daha səmərəli və faydalı olmasını arzu edirik.

Bir daha beynəlxalq sertifikatlar əldə etmiş mütəxəssislərimizi və təlimçimizi təbrik edirik, onlara sonrakı mərhələdə böyük nailiyyətlər arzu edirik.

ICB Beynəlxalq Mühasibat Uçotu proqramı üzrə tədrisi uğurla başa vurmuş Azərişıq ASC-nin maliyyə departamentinin əməkdaşlarına beynəlxalq sertifikatlar təqdim olundu