Xəbərlər

APFM və SDU arasında memorandum imzalandı

APFM və SDU arasında memorandum imzalandı

Aprelin 26-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsi ilə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatlı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası
arasında əməkdaşlıq barədə memorandum imzalandı.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat uçotu kafedrasnın müdiri, dosent Loğman Abdullayev açaraq qonaqları və içtirakçıları salamladı. Loğman Abdullayev ikitərəfli əməkdaşlığı əhatə edəcək memorandumun imzalanmasının xüsusi əhəmiyyətini əhatəli şəkildə şərh etdi.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva öz çıxışında SDU ilə APFM arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi və iki müəsissə arasında bağlanan memorandumun əhəmiyyətindən danışaraq gələcəkdə tələbələrin ali təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərmələrində bu kimi əməkdaşlığın üstün cəhətlərini diqqətə çatdırdı. Qeyd etdi ki, 60 illik yubileyinə hazırlaşan Sumqayıt Dövlət Universiteti milli şüurun formalaşmasında, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, peşəkar kadrlar hazırlanmasında mühüm xidmətlər göstərir.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova ikitərəfli əməkdaslıq üçün yaradılan şəraitə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyini təmsil etdiyi kollektiv adından minnətdarlıq etdi. Nuriyyə Novruzova çıxış edərək imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdi və hər iki tərəfə uğurlar arzuladı.

Tədbirdə qeyd edildi ki, memorandumun əsas məqsədi tərəflər arasında iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi-tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına tərəflərin hər birinin peşəkar imkanlarının genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Tədbirdə APFM-in sədr müavinləri Rauf Rzayev, APFM –in Təhsil komitəsinin sədri Sevil Babayeva, komitə üzvü Zərqələm İsayeva, Biznesin təşkili və menecment kafedrasnın baş müəllimi Səxavət Məmmədova, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimləri Bəxtiyar Davudov, Mehman Əhmədzadə, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Almaz Həmidova, tələbələr Nuriyyə Hüseynova, Namiq Nəcəfov cıxış edərək imzalanacaq ikitərəfli müqavilənin əhəmiyyəti haqqında fikirlərini bildirdilər. Yaradılan şəraitə
görə Sumqayıt Dövlət Universiteti və APFM-in rəhbərliyinə minnətdarlıq etdilər.

Sənədi İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova imzaladılar.

APFM və SDU arasında memorandum imzalandı
APFM və SDU arasında memorandum imzalandı
APFM və SDU arasında memorandum imzalandı