APFM Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirir
APFM Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirir.
19 aprel 2022-ci il tarixində ICB -Beynəlxalq Mühasibat Uçotu proqramı üzrə tədrisi uğurla başa vurmuş dinləyicilərə beynəlxalq sertifikatlar təqdim olundu. Bu proqram üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin də mühasibləri təlim keçərək, mühasibat ixtisası üzrə öz bilik səviyyələrini nüfuzlu ICB Global təşkilatı tərəfindən verilmiş beynəlxalq certifikatlarla təsdiqləmiş oldular. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri- Maliyyə şöbəsinin Əməliyyatlar və Mühasibat Uçotu sektorunun müdiri -Bəxtiyar Səmədov və Hesabatların Təhlili və Konsolidasiyası sektorunun müdiri- Orxan Seyidzadə iştirak etdilər.
Giriş sözü ilə çıxış edən APFM-in sədri Nuriyyə Novruzova dinləyiciləri təbrik etdi və bu programın unikallığını, əhəmiyyətini qeyd etdi, dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global kvalifikasiyalarının demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunması haqqında məlumat verdi.
Daha sonra Bəxtiyar Səmədov, Orxan Seyidzadə, APFM-in Təhsil Komitəsinin sədri- Sevil Babayeva və Komitə üzvü Zərqələm İsayeva çıxış etdilər, onlar dinləyicilri təbrik etdilər və öz xoş arzularını bildirdilər.
Dinləyicilər uğurlu nəticə əldə etmələrində APFM-də tədris prosesinin keyfiyyətinin, təlimçilərin peşəkarlığının rolunu xüsusi qeyd etdilər, həmçinin, belə bir təlimdə iştirak etmək imkanı əldə etdikləri üçün Təhsil Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Təhsil Nazirliyində maliyyə mütəxəssislərinin peşəkarlığının artırılması, hesabatlılığın təkmilləşdiriliməsi, maliyyə hesabatlarının beynəlxalq standartlara və yerli qanunvericiliyin tələblərinə cavab verən hesabatlılıq səviyyəsində hazırlanması istiqamətində tədbirlər həyata keçirilir və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucovun rəhbərliyi altında maliyyə sahəsində işin qanunvericiliyin tələbləri çərçivəsində təşkil edilməsi əsas hədəf seçilərək, müvafiq layihələr uğurla davam etdirilir.
ICB dünyanın 132 ölkəsində, 5200 imtahan mərkəzində, dünyanın 200 000-dən çox üzvü və tələbəsində təmsilçiləri vasitəsilə təmsil olunan və işləyən aparıcı peşəkar beynəlxalq cəmiyyətdir. ICB kvalifikasiyasının Azərbaycanda keçən ildən təqdim olunmasına baxmayaraq artıq böyük maraqla qarşılanır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Proqram ICB tərəfindən akkreditasiya olunmuş və yerli qanunvericilik də daxil edilməklə beynəlxalq standartları nəzərə alan baza mühasibatlıq biliklərini əhatə edir.
APFM- Peşəkar Mühasib Təşkilatı kimi hər zaman peşəkar mütəxəssislərimizin hazırlığı və maarifləndirilməsi prosesində fəal iştrak edir, beynəlxalq təcrübənin tətbiqi yolu ilə bu sahədə yeniliklər tətbiq edərək onların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verir.
Bir daha beynəlxalq sertifikatlar əldə etmiş mütəxəssislərimizi və təlimçilərimizi təbrik edirik, onlara sonrakı mərhələdə böyük nailiyyətlər arzu edirik.