Əməkdaşlığa yeni başlasaq da qısa bir zamanda Mühasiblərin və Auditorların 7-ci Avrasiya Forumunun birgə təşkilatçısı olduq. İmzaladığımız Əməkdaşlıq Memorandumunun məqsədi də bundan sonra Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və qanunvericilik üzrə mütəxəssislərin maarifləndirilməsi, peşəkarlığının artırılması, onlara yeni biliklərin çatdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi sahəsində qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsidir.
Best Partner of the Year 2021 -Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi. Xeyirli uğurlu olsun!