Xəbərlər

25 oktyabr 2021

Əməkdaşlıq memorandumu

Mühasiblərin və Auditorların VII Avrasiya forumu çərçivəsində APFM və İstanbul Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Palatası (ISMMMO) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum ISMMMO-nun prezidenti Yucel Akdemir və APFM-in sədri Nuriyyə Novruzova tərəfindən imzalanıb. İstanbul Sertifikatlı Mühasiblər Palatası 1990-cı ildə yaradılıb və Türkiyənin aparıcı mühasibat təşkilatlarından biri kimi tanınır. Memorandumun əsas məqsədi peşəkar mühasiblər üçün təcrübə mübadiləsinin təmin edilməsi, mühasib peşəsinin fəaliyyətinin və maraqlarının dəstəklənməsi və təşviqi, peşənin nüfuzunun qorunması, həmçinin mühasibat uçotuna aid məsələlər üzrə üzvlərin davamlı peşəkar inkişafı üzrə əməkdaşlığın genişləndirilməsidir.

25 oktyabr 2021