Forum iştirakçıları səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində olub, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası”nda da iştirak ediblər, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksləri, Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq forum iştirakçılarında muxtar respublikamızın tarixi, mədəniyyəti, turizm potensialı barədə zəngin təəssürat yaradıb. Mühasiblərin və auditorların VII Avrasiya forumunun iştirakçıları müsahibələrində forumun əhəmiyyəti barədə danışıb, muxtar respublikanın hərtərəfli inkişafından söz açıblar.
Nuriyyə Novruzova: – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri: – Bir peşəkar mühasib təşkilatı kimi uzun müddətdir, belə beynəlxalq tədbirlər keçiririk. Fikirləşdik ki, VII forum məhz Naxçıvanda reallaşdırılsın. Tədbir xarici qonaqlarımızın Naxçıvanla yaxından tanış olmaları üçün böyük fürsət yaratdı, onlar bu qədim diyarımızın bütün gözəlliklərini öz gözləri ilə gördülər. Forumun yüksək səviyyədə təşkilinə görə, bizimlə birgə bu işə böyük dəstək verdiyi üçün Muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.