Xəbərlər

21 oktyabr 2021

Forumun Qala gecəsi

Forum iştirakçıları üçün “Duzdağ” otelində Qala gecəsi təşkil edilib. Qala gecəsində Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carterin təbriki videoslayd vasitəsilə çatdırılıb. Garry Carter öz çıxışında həmçinin APFM-in ICB/ICFM -in Azərbaycanda rəsmi nümayəndəsi kimi uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirib. Qala gecəsində mühasibat dünyasının Oskarı sayılan, ICB Global tərəfindən Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA -mühasibatlıq, maliyyə və ümumilikdə iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafatlar təqdim olunub. Həmin mükafatları ICFM Ukrayna təmsilçisi
Olena Xorikova təqdim edib.

İqtisadçı peşəsinin inkişafina verdiyi töhfəsinə görə- Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, APFM Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə və Audit peşəsinin inkişafina verdiyi töhfəsinə görə-Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov təltif olunub.

Həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərə ayrı-ayrı nominasiyalar üzrə mükafatlar, eyni zamanda xarici ölkə təmsilçilərinə “Fəxri qonaqlar” nominasiyası üzrə hədiyyələr verilib.

Best Partner of the Year 2021 - Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi

Best Tutor of the Year 2021 - Rauf Rzayev (Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin üzvü, Beynəlxalq Sertifi kasiya Mərkəzinin rəhbəri, MHBS komitəsinin üzvü)

Best Financial Manager of the Year 2021 - Sevinc Lütfəliyeva (Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mühasibat uçotu və hesabatı departamentinin direktoru – baş mühasib)

Best Accountant of the Year 2021 - Elvin Əlimərdanov (Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sektor müdiri - baş mühasibi)

Best Accountant of the Year 2021 - Xuraman Mehdiyeva (SOCAR Mühasibat Uçotunun Metodologiyası şöbəsinin rəisi)

Best Member of the Year 2021 - İlhama Mammadova (Azərsu ASC-nin Maliyyə Hesabatlarının Konsolidasiyası Şöbəsinin rəisi)

Best Member of the Year 2021 - Rəna Quliyeva (İpək yolu Sığorta, Maliyyə şöbəsinin müdiri)

Best Training Centre of the Year 2021 - AZFIN GROUP Advisory Services

Best Student of the Year 2021 - Ramazan Seyidli (Ləzzət Qida Sənaye MMC, Baş mühasib)

Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasındakı rəngarəng rəqs və musiqi nömrələri forum iştirakçılarında xoş təəssürat yaradıb.

21 oktyabr 2021
21 oktyabr 2021
21 oktyabr 2021
21 oktyabr 2021
21 oktyabr 2021
21 oktyabr 2021
21 oktyabr 2021