Xəbərlər

23 noyabr 2021

Kazaxstanda Beynəlxalq seminar

23 noyabr 2021-ci il tarixində APFM-in beynəlxalq tərəfdaşları olan Kazaxstanın peşəkar mühasib təşkilatlarının- "Peşəkar Mühasiblər Birliyi", "Mühasiblərin və Auditorların ixtisas artırma Liqası" və "Maliyyə sektoru və Biznes Akademiyası" -birgə təşkilatçıllğı ilə Almatı şəhərində Beynəlxalq seminar təşkil olunub. Bu təşkilatlarla əməkdaşlıq memorabdumu çərçivəsində APFM-in İdarə Heyətinin sədr müavini, Beynəlxalq Sertifikasiya mərkəzinin
rəhbəri, Azərişıq ASC-də Maliyyə Hesabatlarının Hazırlanması bölməsinin rəhbəri- Rauf Rzayev Azərbaycanda mühasib peşəsinin inkişafı, mühasibat uçotu haqqında Qanunda dəyişikliklərin tətbiqi, APFM-də mühasib peşəsinin inkişaf etdirilməsi və beynəlxalq sertifikasiya proqramlarının təşkili, eləcə də Azərişıq ASC-də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarınin tətbiqi praktikası barədə geniş mühazirə ilə çıxış edib. Böyük sevinc və qurur hissi ilə sevimli təlimçimiz Rauf Rzayevi Fəxri Natiq kimi təltif olunması münasibətilə ürəkdən təbrik edirik! Uğurlarımız davamlı olsun!

23 noyabr 2021
23 noyabr 2021
23 noyabr 2021
23 noyabr 2021
23 noyabr 2021