Assosiasiyamızda dinamik inkişaf tempini daim artırmaq məqsədilə ən yaxşı beynəlxalq təcrübələr öyrənilir və bu istiqamətdə fəaliyyətimizin inkişafı baxımından dayanmadan stareji və əməliyyat effektivliyinin artırılması üzrə idarəetmə modelləri tətbiq edilir. Bu işlərin davamı olaraq APFM-in strukturunda dəyişikliklər, yeni təyinatlar olmuşdur. Belə ki, Ümumi Yığıncağın Qərarına əsasən APFM-də hazırda uzunmüddət Komitə rəhbərləri vəzifələrində çalışmış Rəşad Əsgərov və Rauf Rzayev İdarə Heyətinin sədr müavinləri təyin edilmişlər. Bütün kollektiv adından onları təbrik edir, yeni vəzifələrində uğurlar arzu edirik!