Hər il olduğu kimi bu il də 01-10 noyabr tarixində London şəhərində Mühasiblərin Summiti və LUCA 2021 Beynəlxalq Mükafatının təqdimatı keçirildi. ICFM/ICB Global böyük qürur hissi ilə elan etdi "Biz mühasib peşəsi sahəsində ən yaxşıları təltif etməkdən məmnunuq və bu il xüsusi 25-ci Yubileyimiz münasibətilə Silver LUCA təqdim olunur."
ICFM Azərbaycan -APFM ailəsinin də Beynəlxalq LUCA mükafatlarına layiq görüldüyü üçün və komandamıza verilən böyük dəyərə görə ICB/ICFM Global qurumuna bütün APFM üzvləri adından dərin minnətdarlığımızı bildiririk!Hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM üzvlərini ürəkdən təbrik edirik!
Award: “For Contribution to the Development of the Profession” -ICFM AZERBAIJAN-APFM Award: Best Companion- ICFM Representative- Nuriyya Novruzova