Həmçinin Assosiasiyamızın bir qrup üzvləri ICFM beynəlxalq kvalifikasiyaları üzrə təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar. APFM rəhbərliyi və təlimçiləri çıxışlarında təlim prosesi haqda danışaraq, dinləyiciləri təbrik etdilər. Onlar bir daha qeyd etdilər ki, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir, tədris olunan proqramlar işgüzar insanların əldə etdikləri biliklərinin təcrübi tətbiqinə kömək edir. Dinləyicilər də öz fikirlərini bölüşdü, APFM-də üzvlüyün onlar üçün çox gözəl imkanlar və perspektivlər yaratdığını vurğuladılar və bunu həm peşəkarlıq baxımından, həm də karyera baxımından güclü bir təkan kimi qiymətləndirdilər.
Diplomlara layiq görülmüş bütün dinləyicilərimizi təbrik edirik və onlara uğurlar arzu edirik!