Xəbərlər

29 may 2021

APFM maarifləndirmə üzrə fəaliyyətini regionlarda da davam etdirir.

SAR Activ Consalting MMC-nin təşkilatçılığı ilə 29 may 2021 -ci il tarixində qədim tarixi, zəngin mədəniyyəti, ecazkar təbiəti ilə seçilən doğma Naxçıvan şəhərində maliyyə, mühasibatlıq sahəsində çalışan mütəxəssislər üçün maraqlı təqdimat keçirildi. Tədbirdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, peşəkar mühasib sertifikatının əldə edilməsi və peşəkar mühasib təşkilatına üzv olmanın zəruriliyi və s. mövzular müzakirə olundu, dinləyicilərə APFM-də PMS hazırlıq üzrə təlim proqramları və peşəkar üzvlük proqramları barədə geniş məlumat verildi, onları maraqlandıran suallar APFM Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev, Təhsil Komitəsinin üzvləri Zərqələm İsayeva və Sevinc Lütfəliyeva tərəfindən cavablandırıldı.

Regionda təlim proseslərinin və üzvlərlə işlərin daha səmərəli təşkili, koordinasiyanın təmin olunması və əməkdaşlığın genişləndirilməsi üçün SAR Activ Consalting MMC ilə Əməkdaşlıq Memorandumu imzalandı.

29 may 2021
29 may 2021
29 may 2021
29 may 2021
29 may 2021
29 may 2021
29 may 2021
29 may 2021