16 aprel 2021
Beynəlxalq əməkdaşlığımız genişlənir
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və 3 beynəlxalq peşəkar qurum- Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP), ICFM Ukrayna və ICB Global, Gürcüstan Mühasiblər Birliyi arasında Anlaşma Memorandumu imzalandı. Bu Memorandumun məqsədi Tərəflər arasındakı əməkdaşlıq əlaqələrini gücləndirmək , mühasibat və audit peşəsini inkişaf etdirməkdir.
Tərəflər üzvlərin davamlı peşə inkişafı proqramlarını (CPD), mühasiblərin təhsili və peşə üçün vacib olan müxtəlif məsələlərdə məsləhətləşmələr ilə bağlı hədəfləri birgə təşviq edəcək.
Memorandum çərçivəsində həmçinin milli və ya beynəlxalq tədbirlərin keçirilməsi, üzvlərin ümumi iştirakı (4 təşkilatın təşkil etdiyi seminar və konfranslarda), təcrübə mübadiləsi və bu peşəkar qurumlar tərəfindən nəşr olunan kitab, jurnal və digər materiallarda məqalələrin yerləşdirilməsi və ümumilikdə yeniliklərin beynəlxalq səviyyədə tətbiqi nəzərdə tutulur.Təbriklər və uğurlar!