APFM-in də üzv olduğu Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFAA) və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) arasında Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumu, hər iki təşkilatın, fəaliyyətlərinin koordinasiya edilməli olduğu strateji maraq kəsb edən sahələri müəyyənləşdirmələrini və mütəmadi olaraq nəzərdən keçirmələrini nəzərdə tutur.
Bu əməkdaşlıq həmçinin EFAA-nın IFAC şəbəkəsinin bir hissəsi olaraq, üzv təşkilatlarına, bu da öz növbəsində üzv təşkilatların öz üzvlərinə göstərdiyi xidmətlərin daha da gücləndirilməsinə kömək edən təcrübə və dəstəyi əhatə edəcək. Hər iki quruma uğurlar arzu edirik!