Xəbərlər

03 mart 2021

03 mart 2021-ci il tarixində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası və AZFIN GROUP Advisory Services arasında Əməkdaşlıq Memorandumu imzalandı.

Memorandum beynəlxalq standartlara uyğun yeni yüksək ixtisaslı kadr hazırlığı, korporativ üzvlük proqramlarının birgə hazırlanması və təqdim edilməsi, üzvlərə məsləhətçi və metodoloji xidmətlərin göstərilməsi, sertifikatlaşdırma və beynəlxalq standartların həm praktik həm də nəzəri əsaslarının həyata keçirilməsi, mütəxəssislərin atestasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması, habelə təcrübə mübadiləsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir. AZFIN GROUP Advisory Services həmçinin APFM tədris mərkəzləri şəbəkəsinə daxil olaraq APFM ailəsinin peşəkar üzvü kimi maliyyə mütəxəssislərinin, peşəkar mühasiblərin hazırlanmasında, habelə yeni təlim proqramlarının, tədris materiallarının hazırlanması və təqdim olunmasında fəal iştirak edəcək.

Hər iki quruma birgə işlərində uğurlar arzu edirik.


03 mart 2021
03 mart 2021
03 mart 2021
03 mart 2021
03 mart 2021
03 mart 2021
03 mart 2021