Xəbərlər

14 oktyabr 2020

14 oktyabr 2020
2020-ci il oktyabrın 14-də auditor xidmətinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən auditorların müstəqilliyinin artırılmasına dəstək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və nəşr olunmuş “Auditorların müstəqillik qaydaları» kitabının videokonfrans formatında təqdimat mərasimi keçirilib, təqdimatda APFM sədri-Nuriyyə Novruzova həm Assosiasiyamız adından, həm bütün üzvlərimiz adından “Auditorların müstəqillik qaydaları” kitabının nəşrinə görə Palatanın sədri hörmətli Vahid Novruzov başda olmaqla Auditorlar Palatasına, müəlliflərə, ümumilikdə bu kitabın ərsəyə gəlməsində əməyi olan insanlara öz təşəkkürünü bildirib və bundan sonra da yeni nəşrlərinizin işıq üzü görməsini arzu edib.

“Auditorların müstəqillik qaydaları” kitabı respublikamızda auditor xidmətinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir və auditorların müstəqilliyinin artırılmasına öz töhfəsini verəcəkdir. Hazırda ölkəmizdə ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolunun getdikcə artığı bir vaxtda, iqtisadi islahatların indiki mərhələsində audit xidmətinin keyfiyyətinin artırılması, beynəlxalq aləmə inteqrasiyasını təmin etmək əsas vəzifələrdəndi. Onu da qeyd edək ki, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Etika Standartları Şurası tərəfindən mühasiblər üçün Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin yenilənmiş versiyası təqdim olunub. Bu standartların tətbiqi də auditorların müstəqillik məsələlərini ön plana çəkir, ümumiyyətlə maliyyə hesabatlarının şəffaf, dəqiq auditinin aparılmasında, düzgün yoxlanılmasında müstəqillik qaydalarının vacibliyini əks etdirir.

APFM olaraq bir peşəkar mühasib təşkilatı kimi öz üzvlərimizlə iş apararkən mühasib peşəsinin inkişafında məhz bu kimi amillərin rolunu artırmağa çalışırıq, bu istiqamətdə Auditorlar Palatası ilə daima sıx əməkdaşlıq edirik, birgə tədbirlər keçiririk və “Auditorların müstəqillik qaydaları” kitabında toxunulan məsələlər çox aktualdı, həm auditorlarımız həm də mühasiblərimiz üçün çox faydalı olacaq, onların hər zaman istifadə edəcəyi stolüstü kitabına çevriləcək.
Təqdimatda Auditorlar Palatasının əməkdaşlıq etdiyi qurumların rəhbərləri, Palatanın Şurası yanında komitə sədrləri, peşəkar mühasiblər və auditorlar iştirak ediblər.