8 oktyabr 2020-ci il tarixində APFM-in də təşkilatçı olduğu audit və mühasibat xidmətləri üçün ümumi bazarların işləmə məsələləri və perspektivlərinə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirildi.
Konfransda Rusiya, Belarusiya, Qırğızıstan, Qazaxıstan, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, Ukrayna, Litva, ABŞ və Azərbaycandan olan mühasibat və auditorların peşəkar təşkilatları, onların üzvləri, maliyyə bazarı peşələrinin ayrı-ayrı nümayəndələri iştirak etdilər.
Konfransın nəticəsi olaraq vahid bazar məsələləri və Avrasiya İqtisadi Komissiyası ilə qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı panel müzakirələrinin davam etdirilməsi barədə kollegial qərar qəbul edildi. Peşəkar təşkilatların rəhbərləri yaxın vaxtlarda planlaşdırılan məsələlərlə bağlı bir sıra görüşlər keçirməyə razı oldular. Qarşıdakı panel müzakirələri haqqında məlumat əlavə olaraq dərc ediləcəkdir.