Xəbərlər

27 iyun 2020

APFM beynəlxalq sahədə də işlərini fəal surətdə davam etdirir. Bu istiqamətində 24-26 iyun 2020-ci il tarixində mühasiblər üçün çox maraqlı və mühüm bir tədbirdə- MHBS üzrə II Beynəlxalq onlayn konfransda iştirak etdi. Konfrans APFM-in partnyor təşkilatı- Qazaxstanın peşəkar mühasib təşkilatı tərəfindən keçirildi. Tədbirdə APFM MHBS Komitəsinin üzvü- Rauf Rzayev “Hiperinflyasiyanın maliyyə hesabatlarına təsiri” mövzusunda çıxış etdi və hiperinfilyasiyanin maliyyə hesabatlarına təsiri, pulun funksiyaları, inflyasiyanın növləri və yaranma səbəbləri, hiperinfilyasiya - tarixin ən məşhur hiperinfilyasiya nümunələri və bugünün hiperinfilyasiyali iqtisadiyyata malik ölkələri, MHBS 29-a əsasən hiperinfilyasiyali iqtisadiyyatda maliyyə hesabatlarının tənzimlənməsi, habelə qiymət indeksinin seçilməsi, balans maddələrinin pul və qeyri pula bölünməsi, qeyri pul maddələrinin yenidən hesablanması haqqında ətraflı məlumat verdi.

Çıxış çoxsaylı iştirakçılar tərəfindən çox maraqla qarşılandı və aktual mözuya görə spikerimizə öz təşəkkürlərini bildirdilər.

27 iyun 2020
27 iyun 2020
27 iyun 2020