Xəbərlər

14 iyun 2020

14 iyun 2020
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) Azərbaycan və Moldova mühasiblərini, maliyyə mütəxəssislərini virtual məkanda bir daha bir araya gətirərək “ Əsas vəsaitlər –Müəssisənin ağır artileriyası” mövzusunda növbəti birgə vebinar təqdim etdi.

Vebinar 13 iyun 2020-ci il, saat 15:00 (Bakı vaxtı ilə) Zoom proqramı üzərindən keçirildi. Onlayn tədbirimizə həmçinin Ukrayna, Gürcüstan və Belorusiyadan da mütəxəssilər qoşulmaq imkanı əldə etdi. Vebinarda iştirakçilar praktiki nümunələrlə əsas vəsaitlərin uçotunun xüsusiyyətləri ilə tanış oldu, uçot siyasətinin tərtib olunması üçün məsləhətlər və təcrübə əldə etdi, MUBS (İAS) 16 Əsas vəsaitlər standartı ilə əlaqədar, 01.01.2022-ci il tarixdən tətbiqi zəruri olan dəyişikliklər, həmçinin əsas vəsaitlərin uçotu ilə bağlı keçid (transformasiya) əməliyyatları zamanı zəruri düzəlişlər haqqında məlumat aldılar.

Vebinar 2.5 saat ərzində keçirildi.

Vebinar Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Georgeta Covaliov Rusu və APFM MHBS Komitəsinin üzvü Rauf Rzayev tərəfindən təqdim olundu. Vebinar əsasən rus dilində aparılsa da, moderator tərəfindən slaydlar üzrə azərbaycan dilində qısa şərhlər səklində əsas mövzular tərcümə olundu.
Xatırladırıq ki, hazırda ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərini nəzərə alaraq APFM-də təlimlər və seminarlar onlayn formatda davam etdirilir. Təlimçi Rauf Rzayev “Peşəkar Mühasib Sertifikasiyası” na hazırlıq üzrə təlimləri onlayn formatda təqdim edir. İştirakçılar onlayn formatın özünəməxsus üstünlüklərini qeyd edərək, təlimlərdən məmnunluqlarını bildirirlər.