15 oktyabr 2019
Mühasiblərin və Auditorların VI Avrasiya Forumu başa çatdı. Forum zamanı ayrı-ayrı ölkələrdə mövcud problemlərə, auditin və mühasibat uçotunun inkişaf məsələlərinə və perspektivlərinə böyük diqqət yetirildi.
Hər dəfə olduğu kimi yenə də çox maraqlı görüşlər, yeni tanışlıqlar, qızğın müzakirələr oldu, yeni dostluq münasibətləri formalaşdı. Türkiyə, Böyük Britaniya, İspaniya, Belçika, Rumıniya, Rusiya, Monteneqro, Litva, Makedoniya, Fransa, Hindistan, Moldova, Latviya, Ukrayna, Gürcüstan, Estoniya, Özbəkistan və Belarusiyalı həmkarlarımızla əməkdaşlıq perspektivlərini müzakirə etdik.
İştirakçı ölkələrin nümayəndələri region üçün çox vacib olan bu tədbirə- Mühasiblərin və Auditorların VI Avrasiya Forumuna dəvət olunduqlarına görə APFM-in sədri Nuriyyə Novruzovanın şəxsində Təşkilat Komitəsinə öz təşəkkürlərini bildirdilər, regionda peşənin inkişafında APFM-in mühüm rolunu qeyd etdilər və APFM-ə gələcək fəaliyyətində uğurlar və tərəqqi arzu etdilər.
Bütün iştirakçılara verdikləri töhfəyə görə ürəkdən təşəkkür edirik, bu tədbirin belə yüksək səviyyədə keçirilməsinə nail olan peşəkar APFM komandasını təbrik edirik və daha böyük nailiyyətlər arzu edirik!!!